Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
DÖVLƏTİMİZƏ QARŞI QƏSDLƏRİN QARŞISI ALINDI

0




  •              Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daxili və xarici qüvvələr azadlığımızı əldən almaq üçün vahid birlik yaratmışdılar. Ümummilli liderimiz, dahi siyasətçi, Azərbaycan Respublikasının Prezidenti, dövlətimizin qurucusu Heydər Əliyev xalqımızın monolit birliyini yarada bildi, düşmənlərimiz çirkin niyyətlərinə nail ola bilmədilər.
                 Xalqımızın düşmənləri Heydər Əliyevin çox təcrübəli və uzaqgörən siyasətçi olduğunu yaxşı bilirdilər. Xalqımızın sevimli oğlunun həyatına, dövlətimizə qarşı qəsdlər törətməyə başladılar. Lakin Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri yatırıldı. Əvvəlki «rəhbərlərdən» fərqli olaraq yurdumuzun ən çətin anlarında xalqla birlikdə olan, Vətən yolunda həlak olmağa belə hazır olan Heydər Əliyevin qətiyyəti xalqımıza ruh yüksəkliyi gətirdi. Onlar gördülər ki, Azərbaycanın idarə olunması güclü bir əldədir. Bu əlin sahibi özünün vaxtı ilə böyük əzmlə söylədiyi müdrik kəlamına sadiqdir: «Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır».
                Dövlətimizə qarşı qəsdlərin yatırılması, həm də hamıya sübut etdi ki, xalqımızın müstəqil dövlətini devirmək, hakimiyyəti zorla ələ keçirmək cəhdləri mənasızdır. Bu cür cəhdlər heç zaman baş tuta bilməz, hamı qanuna tabe olmalıdır!

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib53 dəfə
    DÖVLƏTİMİZƏ QARŞI QƏSDLƏRİN QARŞISI ALINDI

    Maraqlı gələ bilər
    100
    73
    84
    71